Blatter və Platini yenə bəraət aldılar
İsveçrənin cinayət məhkəməsi UEFA-nın və FİFA-nın keçmiş prezidentləri – Mişel Platini Yozef Blatterə bəraət verib.
Aut.az xəbər verir ki, bu barədə “L’Équipe” məlumat yayıb.
Söhbət 2011-ci ildə Blatterin razılığı ilə Platininin texniki məsləhətçi kimi fəaliyyətinə görə FİFA-dan aldığı 2 milyon İsveçrə frankından gedir. Hər iki məmur dələduzluqda və korrupsiyada ittiham olunub. İstintaq isə 2015-ci ildə başlayıb.
2022-ci ildə birinci instansiya məhkəməsi Blatter və Platiniyə bəraət verib. Bu gün isə İsveçrənin Muttenz şəhərindəki apellyasiya məhkəməsinin hakimləri prokurorun tələbini yenidən rədd edib.
Qeyd edək ki, prokurorluq 89 yaşlı Blatter və 69 yaşlı Platini üçün 20 aylıq şərti cəza istəyib.
Aut.az
