Basketbol

“Sərhədçi” qalib gəldi

Azərbaycan Basketbol Liqasının növbəti turuna hazırlaşan “Ordu” və “Sərhədçi” komandaları yoxlama oyununda üz-üzə gəliblər.

Aut.az xəbər verir ki, görüş “Sərhədçi”nin 110:108 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, “Sərhədçi” A qrupunda 25 xalla beşinci yerdə qərarlaşıb. “Ordu” isə B qrupunda 31 xalla üçüncüdür.