Digər

Məşqçi məhkəmə qarşısına çıxdı: Qadın idmançıların intim fotolarına görə

Keçmiş “Baltimor Ravens” və “Miçiqan Universiteti” amerika futbolu komandalarının köməkçi məşqçisi Mett Veyss intim foto və videoları saxlamaq üçün minlərlə kollec idmançısının hesablarını sındırıb.

Aut.az xəbər verir ki, bu barədə “AP News” məlumat yayıb.

İttiham aktı Detroyt federal məhkəməsinə təqdim edilib.

2015-ci ildən 2023-cü ilə qədər o, 100-dən çox kollec və universitetin məlumat bazalarına giriş əldə edib. İttihama görə, o, 2000-dən çox idmançının sosial media, e-poçt və yaddaş saxlama hesablarına giriş əldə edib.

“Veyss ilk növbədə qadın idmançıları hədəfə alıb. O, məktəbə mənsubiyyətinə, atletika tarixinə və fiziki xüsusiyyətlərinə görə qızları hədəfə alıb. Onun məqsədi intim partnyorları istisna olmaqla, yayılması nəzərdə tutulmayan şəxsi foto və videoları əldə etmək olub”, –  ittihamda deyilir.

Weyss-in ittihamlarla bağlı ilk məhkəmə çıxışında hansı ifadə verdiyi müəyyən edilməyib.

Aut.az