İspaniya

Yamalın agenti xəbərdarlıq etdi: “Barselona”dan ayrıla bilər

“Barselona”nın ispaniyalı vingeri Lamin Yamal Səudiyyə Ərəbistanı çempionatı klublarının diqqətini çəkir.

Aut.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.

Mənbənin sözlərinə görə, futbolçuya çox milyonluq müqavilələr təklif olunmağa hazırdır. Laminin agenti Jorje Mendeş “Barsa” prezidenti Xuan Laportanı Yaxın Şərqdən olan maraq barədə xəbərdarlıq edib.

Futbolçunun özü Kataloniya klubunda qalmaq niyyətindədir. O, 18 yaşı tamam olduqdan sonra müqaviləni uzatmağı planlaşdırırlar.

Aut.az