Komapani kimi nəzərdə tutur: O, yaşlandıqca yaxşılaşır
“Bavariya”nın baş məşqçisi Vinsent Kompani Harri Keynin yaşına əsasən 2024/25 mövsümündəki çıxışını dəyərləndirib.
Aut.az xəbər verir ki, belçikalı mütəxəssis onu tərifləyib:
“Onun kimi gənc futbolçularla eyni səviyyədə qaça və komandası üçün mübarizə apara bilən ən yaxşı oyunçunun olması çox xoşdur. Mən meydanda ona qarşı oynamışam və düşünürəm ki, o, yalnız yaşlandıqca yaxşılaşır”.
Qeyd edək ki, ingilisin cavab matçında “Bayer”ə vurduğu qol “Bavariya”ya qələbə qazandırıb. Onun komandası Çempionlar Liqasının 1/4 finalına yüksəlib.
2024/25 mövsümündə 31 yaşlı Keyn bütün yarışlarda 36 oyun keçirib, 32 qol vurub və 11 məhsuldar ötürmə edib.
Aut.az
