Atletika

Qadın idmançı finalda huşunu itirdi

Niderlandlı qaçışçı Maureen Koster qapalı məkanda keçirilən atletika Avropa çempionatında 3000 metr məsafəyə finalda huşunu itirib.

Aut.az xəbər verir ki, 32 yaşlı idmançı rəqiblərindən birinin ona toxunmasından sonra yıxılıb. O, yıxılanda Koster başını yerə çırplıb. Bundan sonra xərəydə arenadan çıxarılıb.

Niderland Atletika Federasiyasının məlumatına görə atlet xəstəxanaya yerləşdirilib. O, daha sonra özünə gəlib.

Koster 2015-ci ildə 3000 metr məsafəyə qaçışda qapalı məkanda keçirilən Avropa çempionatının bürünc mükafatçısı və üçqat Niderland çempionudur. 2016-cı ildə Yay Olimpiya Oyunlarında iştirak edib.

Aut.az