İspaniya

“Atletiko” “Barselona”nın futbolçusunu hədəfə aldı

“Barselona”nın 21 yaşlı yarımmüdafiəçisi Fermin Lopez yayda klubu tərk edə bilər.

Aut.az xəbər verir ki, bu barədə “Elgoldigital” məlumat yayıb.

“Atletiko” Lopezi hədəfə alıb. Madrid klubu onu 2025-ci ilin yayında transfer etməyə çalışacaq. Komandanın baş məşqçisi Dieqo Simeone şəxsən transferlə maraqlanır. O, Lopezə əsas heyətdə daimi yer vəd edir.

“Atletiko” bu transfer üçün 40-50 milyon avro xərcləməyi planlaşdırır.

Qeyd edək ki, Fermin bu mövsüm 28 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə edib.

Aut.az