“Real”dan “Barselona”ya jest
“Real” həkimi Karles Minarro Qarsíyanın ölümü ilə əlaqədar əzəli rəqibi “Barselona”ya başsağlığı verib.
Aut.az xəbər verir ki, Madrid klubu bununla əlaqədar paylaşım edib:
“Real” klubu, onun prezidenti və Direktorlar Şurası “Barselona”nın həkimi Karles Minarro Qarsiyanın vəfatından dərin təəssüf hissi keçirir. “Real” bütün ailəsinə, komanda yoldaşlarına, “Barselona”ya və bütün yaxınlarına başsağlığı və dəstəyini bildirir. Rahat uyu!”
Qeyd edək ki, martın 8-də keçirilməli olan “Barselona” – “Osasuna” matçı qarşılaşmanın startından bir neçə saat əvvəl birincilərin həkimin gözlənilməz vəfatı ilə əlaqədar təxirə düşüb. Bu məsələdə futbolçuların istəyi böyük rol oynayıb. Çünki onlar oynamaqdan imtina ediblər.
Aut.az
