Rusiya Olimpiada-2028-də olacaq?- Olimpiya çempionu bədbindir
Olimpiya çempionu, 2017-ci ilin dünya çempionu, rusiyalı taekvondoçu Maksim Xramtsov 2028-ci il Olimpiya Oyunlarına vəsiqə uğrunda mübarizə aparıb-aparmayacağını açıqlayıb.
– 2028-ci il Olimpiya Oyunlarına getmək hüququ uğrunda mübarizə aparacaqsınız?
– 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiadada iştirakımıza icazə veriləcəyi ehtimalı azdır, mən buna inanmıram. Əlbəttə, mən buna inanmaq istəyirəm, amma hazır deyiləm”, – Xramtsov “Çempionat”ın müxbiri Mixail Çesalinə eksklüziv müsahibəsində deyib.
2022-ci ildə Dünya Taekvondo Federasiyası Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlarda iştirakını qadağan etmək qərarına gəlib. 2028-ci il Yay Olimpiya Oyunları iyulun 14-dən 30-dək ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində keçiriləcək.
Aut.az
