Berezutski : “Biz ” Sabah” olaraq heç vaxt hakimlər barəsində danışmırıq”
“Sabah” Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində doğma meydanda “Araz-Naxçıvan”la 2:2 hesablı heç-heçə edib.
Aut.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutski matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Bu oyunda bir balaca üstünlüyümüz var idi. Qollarımızı da vurduq. Amma qolları vurduqdan sonra, asanlıqla qollar buraxdıq. Nəsə demək çətindir. İki qol vurduqdan sonra bu qədər asan qollar buraxmamalıyıq.
– Buraxılan qolları konsentrasiyanı bağlamaq olar, yoxsa kubok görüşündəki qələbə ilə bağlıdır?
– Bəzən konsentrasiya futbolda kifayət qədər qiymət verilməyən dəyərdir. Konsentrasiyanın itməsi nəticəsində qapıda qollar görülür. Yüksək hədəflər uğrunda mübarizə aparan komanda üçün qısa müddətlik olsa belə, konsentrasiyanı itirmək qəbuledilməzdir.
– Çempionatdan avrokuboka yollanmağınız çətin görünür. Demək olar ki, komandanı daha çox kubok oyunlarına kökləməlisiz?
– Biz hələ heç nə itirməmişik. Çempionatdakı oyunların nəticələri də çox vaxt gözlənilməz olur. Bizim məqsədimiz çıxdığımız hər oyunda qalib gəlməkdir.
– Samir Abasov “Kəpəz”lə kubok görüşündən sonra Sambunun qırmızı vərəqə verilməsinin qəsdən olduğunu deyərək, “Sabah”la görüş üçün düşünülmüş addım olduğuna eyham vurub…
– Qırmızı vərəqə epizodunu görməmişəm, nəsə deyə bilmərəm. Daha çox “Sabah”ın oyunlarına köklənmişəm. Çox nadir hallarda başqa komandalar haqda fikir bildirirəm. Nəsə demək çətindir. Biz ” Sabah” olaraq heç vaxt hakimlər barəsində danışmırıq. Oyunda qırmızı vərəqə də futbolun bir hissəsidir.
