İngiltərə

Salah üçün sürpriz variant: Bu nəhəngin hədəfindədir

“İnter” “Liverpul”un 32 yaşlı yarımmüdafiəçisi Məhəmməd Salahla maraqlanır.

Aut.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.

Mənbənin məlumatına görə, misirli futbolçu artıq bir neçə Avropa klubu ilə danışıqlar aparıb ki, onlardan biri də “İnter”dir. “Neradzurri” hücumçunun onların oyun sisteminə mükəmməl uyğunlaşacağına və komandanın əsas ulduzu ola biləcəyinə inandığı üçün, cari mövsümün sonunda, Liverpul ilə müqaviləsi başa çatdıqda Salahla müqavilə bağlamaq istəyir.

Salah bu mövsüm bütün turnirlərdə 39 oyun keçirib, 30 qol vurub və 22 məhsuldar ötürmə edib. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 55 milyon avrodur.

Aut.az