Türkiyə

İrqçilik var: Mourinyoya ağır cəza verildi

“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo “Qalatasaray” rəsmilərinin ünvanına söylədiyi fikirlərə görə 4 oyunluq cəzalanıb.

Aut.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

Mənbənin sözlərinə görə, Türkiyə Superliqasının nizam-intizam komitəsi Mourinyonun sözlərində irqçilik görüb.

“Fənərbağça” artıq apelyasiya şikayəti verməyə hazırlaşır. Qərar qüvvədə qalsa, “Fənərbağça”nın çalışdırıcısı “Antalyaspor”, “Samsunspor”, “Bodrum” və “Trabzonspor”la oyunları buraxacaq.

Aut.az