Boks

Ərəblərin super döyüş planı baş tutacaq?

Səudiyyə Ərəbistanının Baş Əyləncə Təşkilatının sədri Turki Əl-Şeyx Dünya Boks Şurasının (WBC) ağır çəkidə keçmiş çempionu Tayson Fyuri ilə onun həmyerlisi Entoni Coşua arasında döyüş təşkil etmək niyyətindədir.

Aut.az xəbər verir ki, bu barədə “The Ring” məlumat yayıb.

“Mən Coşuanın Fyuri ilə görüşməsini istəyirəm. Fyuri ilə söhbətim olub, amma boksla bağlı yox. Mən ondan səhhəti, ailəsi barədə soruşdum. Tayson yəqin ki, qayıdacaq. Ümid edirəm ki, bu olacaq”, – deyə Əl-Şeyx bildirib.

Qeyd edək ki, Fyuri yanvarda ukraynalı Aleksandr Usikə ikinci məğlubiyyətdən sonra 36 yaşında karyerasını bitirdiyini elan edib. Britaniyalının aktivində 34 qələbə, 2 məğlubiyyət və 1 heç-heçə var.

Aut.az