Qvardiola ulduz futbolçuya qapını göstərdi
“Mançester Siti”nin ulduzu Kevin De Bruyne yayda klubu tərk edəcək
Aut.az xəbər verir ki, belçikalı yarımmüdaifəçinin həmin vaxt başa çatacaq müqaviləsi yeniləməyəcək. Son qərarı Pep Qvardiola verib. O hesab edir ki, 33 yaşlı futbolçunun zəif çıxışı “şəhərlilər”in qeyri-qənaətbəxş nəticələrinin səbəbidir.
De Bruyne karyerasını MLS-də davam etdirəcək. Kevini transfer etmək üçün əsas favorit yeni yaradılmış və Amerika çempionatının cari mövsümündə çıxış etməyə başlayan “San Dieqo” klubudur. De Bruyne yeni qurulan komandanın siması olmalıdır.
De Bruyne bu mövsüm 27 oyun keçirib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.
