Digər

Məşhur idmançı şad xəbər paylaşdı: Xərçəngə qalib gəlib

Məşhur isveçrəli xizəkçi Nils Hintermann səhhəti ilə bağlı şad xəbər paylaşıb.

Aut.az xəbər verir ki, idmançı 2024-cü ilin oktyabrında Cənubi Amerikada təlim-məşq toplanışından sonra aşkarlanan limfa düyünlərinin xərçəngindən sağalıb.

Məhz xəstəliyi səbəbindən Nils cari 2024/25 mövsümünü buraxmalı oldu. Bununla belə, xizəkçinin növbəti mövsümdən idmana qayıtmaq şansı var.

“Keçən həftə xəstəxanada müayinədən keçdim və həkim mənə bədənimdə daha aktiv xərçəng hüceyrələrinin olmadığını söylədi”, – Hinterman bildirib.

Ümumilikdə isveçrəli üç dəfə Dünya Kubokunun qalibi olub, həmçinin yeddi dəfə fəxri kürsüyə yüksəlib.

Aut.az