Ukraynada neçə idmançı müharibəyə gedib?
Ukraynanın Gənclər və İdman Nazirliyi Rusiyanın genişmiqyaslı işğalı zamanı ölkəni müdafiə edən ukraynalı idmançıların sayı barədə məlumat verib.
“Ukraynanın Gənclər və İdman Nazirliyi üç mindən çox ukraynalı idmançı və məşqçinin idman karyeralarını başa vuraraq, silaha sarılaraq ölkəni rus işğalçılarından müdafiə etməyə getdiyinə diqqət çəkir. Onlar hər gün döyüş meydanında qələbə, Vətənə sədaqət və əsl qəhrəmanlıq nümayiş etdirir, öz torpaqlarını müdafiə etmək üçün şüurlu seçim etdiklərinə görə nümunə olurlar.
Eyni zamanda, Ukraynanın idman ictimaiyyəti bütövlükdə ən yüksək yarışlarda dövlət bayrağını qaldıraraq sədaqət və vətənpərvərlik nümayiş etdirir”, – məlumatda deyilir.
Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə genişmiqyaslı müdaxiləyə başlayıb. Düşmən hərbi, sənaye və mülki obyektlərə hücumlarını davam etdirir, hərbi qulluqçuları və mülki şəxsləri qətlə yetirir.
Aut.az
