Azərbaycan yığması üçün daha bir rəqib tapıldı
Azərbaycan millisinin yoldaşlıq görüşü üçün daha bir rəqibi müəyyənləşib.
Aut.az xəbər verir ki, millimiz Latviya yığması ilə qarşılaşacaq. Görüş iyunun 7-də Latviyanın paytaxtı Riqada baş tutacaq.
Qeyd edək ki, millimiz martın 25-də Belarusla, iyunun 10-da isə Macarıstanla üz-üzə gələcək.
