Dünya futbolu

Dünyanın ən yaxşı gənc məşqçisi kimdir?

“Bayer Leverkuzen”in baş məşqçisi Xabi Alonso “Give me Sport” jurnalı tərəfindən dünyanın ən yaxşı gənc məşqçisi seçilib.

Aut.az xəbər verir ki, reytinq üçün əsas meyarlara aşağıdakılar daxildir: yaş (45-dən aşağı), qazanılan əsas kuboklar, komandaya təsir, turnirin rəqabət qabiliyyəti və inkişaf potensialı.

Xabi Alonso 2023/2024 mövsümünün sonunda Almaniya çempionluğunu və Almaniya Kubokunu qazanıb.

Dünya futbolunun ən yaxşı gənc məşqçiləri: ilk “beşlik”

  1. Xabi Alonso – “Bayer” (Almaniya).
  2. Mikel Arteta – “Arsenal” (İngiltərə).
  3. Yulian Naqelsmann – Almaniya millisi.
  4. Andoni İraola – “Bornmut” (İngiltərə).
  5. Ruben Amorim – “Mançester Yunayted” (İngiltərə).

Aut.az