Digər

Belini qaşımaq istədi, başına bəla gəldi – VİDEO

Fransada keçirilən 57-ci “Tour des Alpes-Maritimes” veloyürüşünün birinci mərhələsinin dağ yolunda təhlükəli insident baş verib.

Aut.az xəbər verir ki, “TotalEnergies” komandasının sürücüsü Matteo Verşe yağışla islanmış yola dırmaşarkən kürəyini qaşımaq qərarına gəlibş Lakin velosipedinə nəzarəti itirib və uzun, sıx döngədə yıxılıb. O, qəza anında başqa həmkarı tərəfindən vurulmaq təhlükəsi ilə üzləşib. “Lotto”nun üzvü Baptiste Veystroffer son anda hərəkət istiqamətini dəyişə bilib.

Maraqlıdır ki, Verşe nəinki yarışa qayıtmağı bacarıb, həm də Veystrofferi iki mövqe qabaqlayaraq 53-cü yeri tutub, dağ təsnifatında dördüncü olub.

Aut.az