İngiltərə

Qalan şey inandırmaqdır: “Yunayted” braziliyalı üçün təklif hazırlayır

“Vulverhempton”un braziliyalı hücumçusu Mateus Kunya  “Mançester Yunayted”in maraq dairəsindədir.

Aut.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.

Mənbənin məlumatına görə, İngiltərə nəhəngi 25 yaşlı futbolçunun transferində maraqlıdır və futbolçu üçün 62 milyon avro təklif etməyə hazırdır. Əgər “qurdlar” təklif olunan məbləğə “hə” desələr, o zaman “qırmızı şeytanlar” yalnız futbolçunu transferə razı salmaq üzərində işləyəcəklər.

Bu mövsüm Mateus C klub səviyyəsində 26 oyun keçirib, 13 qol vurub və 4 məhsuldar ötürmə edib.

Qalan şey inandırmaqdır: “Yunayted" braziliyalı üçün təklif hazırlayır

Aut.az