Toral Ağdamda Milli Qəhrəmanın məzarını ziyarət etdi – FOTO
“Qarabağ”ın futbolçusu Toral Bayramov Ağdama yollanıb.
Aut.az xəbər verir ki, bu barədə 24 yaşlı müdafiəçi öz sosial şəbəkə hesablarında paylaşım edib.
Toral Azərbaycan;n Milli Qəhrəmanı, “Qarabağ”ın mərhum kapitanı və baş məşqçisi Allahverdi Bağırovun məzarını ziyarət edib. Bayramov həmin vaxt çəkdirdiyi fotonu paylaşaraq yazıb: “Ruhun şad olsun, kapitan”.

