UFC yeni əlcəklərdən rəsmən imtina etdi
UFC rəsmi olaraq köhnə əlcəklərə qayıdıb.
Aut.az xəbər verir ki, bu barədə UFC Vegas 102 turniri zamanı şərhçi Con Quden məlumat verib.
Təşkilat 2024-cü ilin aprelində yeni dizayn təqdim etdi, lakin yenilənmiş əlcəklər nokautların sayını artırmadı.
UFC rəhbərliyi təsdiqləyib ki, idmançılardan çoxlu şikayətlər daxil olub. UFC bosslarına ilk müraciət edənlərdən biri köhnə əlcəklərlə 2024-cü ilin sonunda Stipe Miocicə qarşı kəmərini qoruyan ağır çəki çempionu Con Cons olub.
Aut.az
