Dünya futbolu

Prezident “vuruldu” – Klubun taleyi necə olacaq?

Fevralın 12-də Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDŞ) iclasında bəzi ukraynalı iş adamlarına qarşı sanksiyalar tətbiq edilib.

Aut.az xəbər verir ki, siyahıya Poltavanın “Vorskla” klubunun prezidenti Konstantin Jevaqo , həmçinin “Dnepr” klubunun keçmiş sahibi İqor Kolomoyski də daxil edilib.

Ertəsi gün, fevralın 13-də fərman Ukrayna prezidentinin saytında dərc edilib – həmin andan sənəd qüvvəyə minib.

Sanksiyalara bütün dövlət mükafatlarından məhrumetmə, bu iş adamlarının aktivlərinin bloklanması, ticarət əməliyyatlarının aparılmasına, dövlət əmlakının özəlləşdirilməsində və icarəyə verilməsində iştirakına qadağa daxildir. Ümumilikdə, Jevaqo və digərləri daimi olan 17 müxtəlif məhdudiyyətlə üzləşəcəklər.

Bu vəziyyətin Ukrayna Premyer Liqa klubuna necə təsir edəcəyi hələlik məlum deyil, lakin Konstantin Jevaqonun özünün ölkə xaricində olduğunu qeyd etmək lazımdır.

Aut.az