Ronaldo: Bunu söyləməyim haqsızlıq olar
“Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo CV-sində dünya çempionatında qalibiyyətin olmamasından danışıb.
Aut.az xəbər verir ki, o, eləcə də 2026-cı il dünya çempionatında iştirak imkanını şərh edib:
“Karyeramı uğurlu hesab etmək üçün dünyaçÇempionatını qazanmalı olduğumu söyləməyim haqsızlıq olardı. Fiziki və əqli cəhətdən yaxşı formada olsam və milli komandanın xidmətimə ehtiyacı olsa, 2026-cı il dünya çempionatında oynamağa hazır olacam”.
Qedy edək ki, 40 yaşlı portuqaliyalı bu mövsüm “Əl-Nəsr”in heyətində bütün turnirlərdə 26 matçda 24 qol vurub və 4 məhsuldar ötürmə edib.
Aut.az
