Türkiyə

“Beşiktaş” Moskva klubundan 30 milyon istədi

“Beşiktaş” 26 yaşlı yarımmüdafiəçi Gedson Fernandesin transferi üçün Moskva “Spartak”ından 30 milyon avro istəyib .

Aut.az xəbər verir ki, bu barədə jurnalist Serkan Dikme “Sports Digitale”də məlumat verib.

Mənbənin sözlərinə görə, “qırmızı-ağlar” hazırda portuqaliyalı futbolçunun alınması üzərində fəal işləyir.

Fernandes 2022-ci ilin yayından “Beşiktaş”da çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 114 matçda iştirak edib, 14 qol vurub, 15 məhsuldar ötürmə edib.

Futbolçunun əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 17 milyon avrodur.

Aut.az