Sabiq “Qarabağ”lının görün nə qədər borcu varmış: Səhərdən axşama qədər…
“Qarabağ”ın sabiq qapıçısı, hazırda Moskva “Dinamo”sunda çıxış edən Andrey Lunyev həyatının hansısa dönəmində banklara böyük borcunun olduğunu deyib.
Aut.az xəbər verir ki, Lunyev bu barədə Rusiya mətbuatına müsahibəsində danışıb.
“Bəli, “Saturn”da oynayanda xeyli borcum vardı. Orada maaş vermirdilər, ona görə də kredit götürməli olduq. Ümumilikdə bir milyon rubl borc var idi. Banklar əvvəlcə SMS mesajları göndərdilər, sonra robot zəng etdi – səhər 7-dən axşama qədər. Bir müddətdən sonra real işçilər zəng vurmağa başladılar: “Vaxtınız keçib, nə vaxt ödəyəcəksiniz?” Deyirdim ki, bilmirəm, verilməyən maaşı gözləyirəm. İndi buna həqiqətən təbəssümlə baxa bilərsiniz. Əgər “Ufa” ilə müqavilə bağlamasaydım, bilmirəm, bütün bunlardan necə qurtulacaqdım”, – Lunyev deyib.
Aut.az
