Voleybol

“Gəncə” qalib gəldi

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında X turun oyunları keçirilib.

Aut.az xəbər verir ki, günün ilk matçında Gəncə İdman Sarayında “Gəncə” “Azərreyl”ə 3:0 hesabı ilə qalib gəlib.

“Abşeron” “Murov Az Terminal”ı, “Milli Aviasiya Akademiyası” isə UNEC-i eyni hesabla üstələyib.

Son iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutub.