Dünya futbolu

Messi final oyununa onlarla gəldi – FOTO

“İnter Mayami”nin hücumçusu Lionel Messi 2025-ci il NFL-in Superboul oyununu izləyib.

Aut.az xəbər verir ki, argentinalı ulduz futbolçu “Kanzas Siti Çifs” – “Filadelfiya İqlz” matçına ailə üzvləri ilə gəlib. Onun uşaqları Kanzas təmsilçisinin ulduzu Patrik Mahomesin adı yazılmış formalar geyiniblər.

“İnter Mayami”dəki dostları da Leonu tək qoymayıb. müdafiəçisi Xordi Alba sosial şəbəkədə superfinaldan foto paylaşıb. Şəkildə Messi ilə yanaşı Luis Suares və Serxio Buskets də yer alıb.

Qeyd edək ki, görüş “Filadelfiya İqlz”in 40:22 hesablı qələbəsi ilə başa çatıb.

Messi final oyununa onlarla gəldi - FOTO

Messi final oyununa onlarla gəldi - FOTO