Əkiz qardaşlardan biri öldü
ABŞ-dən olan güləşçi Dueyn Kozlovski vəfat edib.
Aut.az xəbər verir ki, o, 65 yaşında həyatla vidalaşıb. Bu barədə yerli Güləş Federasiyası məlumat yayıb.
O, öz çəki dərəcəsində üç dəfə (1986, 1987, 1988) ABŞ çempionu olub. Dünya çempionatında 4-cü və 5-ci yerləri tutub.
Onun əkiz qardaşı Dennis Seul Oyunlarında bürünc, dörd il sonra isə Barselona Olimpiadasında gümüş medal qazanıb.
Dennis daha sonra Nabuhiko Takada, Kiyoşi Tamura və başqalarına qarşı mübarizə apardığı Yaponiya güləş liqasında, UWF-də özünü sınayıb, lakin uğursuz olub.
Aut.az
