Dünya futbolu

PSJ 3 namizəd tapıb: Donnarummanın yerinə

PSJ italiyalı qapıçı Canluici Donnarummanın yerinə üç namizəd tapıb.

Aut.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.

Mənbənin sözlərinə görə, 25 yaşlı futbolçu komandanın start heyətində daimi yerini itirdikdən sonra Parisdən ayrılmağı düşünür.

Fransa klubunun rəhbərliyi komandaya yeni qapıçı kimi aşağıdakı variantları nəzərdən keçirir: “EspanyolÜun ispaniyalı qapıçısı Xoan Qarsiya, “Portu”nun futbolçusu Dioqo Kosta və “Milan”ın fransalı qapıçısı Mayk Menyan.

Aut.az