Basketbol

Gün işığında soyğunçuluq: Sensasion mübadiləyə reaksiya

“New York Niks”in basketbolçusu Coş Hart “Los Angeles Lakers”lə “Dallas Maveriks” klubları arasındakı oyunçu mübadiləsi ilə bağlı fikirlərini bölüşüb.

Müqavilənin şərtlərinə görə, “Dallas”ın lideri Luka Donçiç “Leykers”ə, Antoni Devis isə Texas klubuna gələcək.

“Rob Pelinkanın haqqını vermək lazımdır. Bu, gün işığında təmiz soyğunçuluqdur. Mənim kimi oğlanların super ulduzlarla dəyişdirilməsi həmişə gözəl olur. Məni Luka ilə dəyişdirdilər, – əhval-ruhiyyə əladır”, – “HoopsHype” Hartdan sitat gətirib.

“Los Anceles”ə satılmazdan əvvəl Donçiç bu mövsüm NBA-da 21 oyunda iştirak edib, orta hesabla 28,7 xal, 8,2 ribaund və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Aut.az