İndi onun dünya çempionu olmaq şansı yaranıb: İnfantino kimi deyir?
FİFA prezidenti Canni İnfantino bir mövsümdə matçların çoxluğundan şikayətlənən futbolçulara cavab verib.
Aut.az xəbər verir ki, İnfantino həmçinin qarşıdan gələn Klublararası Dünya Çempionatına münasibət bildirib:
“Düşünürəm ki, Klublararası Dünya Çempionatı fantastik yarışdır. Dünyanın hər yerindən daha çox komanda olacaq, dünya səhnəsində heç vaxt parlamaq imkanı olmayan klublar bura gələcək.
Yarış bir ay davam edəcək və köhnə FİFA Konfederasiyalar Kubokunu əvəz edəcək. Bu daha məntiqlidir. Unutmayın ki, FİFA dünya oyunlarının 1%-dən azının təşkilinə cavabdehdir.
Bəlkə də oyunların 99%-ni təşkil edənlərdən başlamaq ədalətli olardı. FİFA-nın bu 1%-i bütün dünyada böyük üstünlüklər verir. Dünya çempionatında qalib olmaq şansı olmayan ölkələrin futbolçularına da imkan yaradırıq.
Bu yaxınlarda “Mançester Siti”də oynayan Haaland və Akanji ilə danışdım. Onlar böyük futbolçulardır və indi onların milli komandaları ilə deyil, klubları ilə dünya çempionatını qazanmaq şansları var”, – İnfantino fikrini yekunlaşdırıb.
2025-ci il Klublararası Dünya Çempionatı ilk dəfə olaraq geniş formatda keçiriləcək. Yarışda altı konfederasiyadan 32 komanda iştirak edəcək. Turnir iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək.
Aut.az
