AFFA legioner limitini ləğv etdi
Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümündən legioner limiti ləğv olunacaq.
Aut.az xəbər verir ki, bu barədə qərar AFFA-nın İcraiyyə Konitəsinin iclasında verilib. Yeni mövsümdən legioner limitində aşağıdakı kriteriyalar tətbiq olunacaq:
– Oyunun sifariş vərəqəsində maksimum 17 əcnəbi futbolçu ola bilər.
– Meydanda eyni anda 11 əcnəbi futbolçu oynaya bilər.
– Legioner futbolçular üçün rüsum aşağıdakı kimi olacaq:
1 legionerdən 7 legionerə qədər: 5000 (beş min) AZN
8-dən 12-yə qədər: 10000 (on min) AZN
13-dən 15-ə qədər: 100000 (yüz min) AZN
16 və daha yuxarı: 200000 (iki yüz min) AZN
– Öz ölkəsinin milli komandasının üzvü olub-olmamasından asılı olmayaraq, bütün legionerlərə rüsum tətbiq ediləcək.
– Heyətində yerli futbolçular oynadan klublara xüsusi hesablama metodu ilə bonus ödəniləcək. Bonuslar legioner rüsumundan əldə ediləcək vəsaitdən veriləcək.
