Dünya futbolu

PSJ-nin tarixinə belə hücumçu olmamışdı

PSJ-nin hücumçusu Usman Dembele Fransa Liqa 1-in 20-ci turunda “Brest”lə matçda het-trik edib.

Aut.az xəbər verir ki, Dembele klub tarixində ardıcıl iki oyunda 3 qol vuran ilk futbolçu olub. Bu barədə “Opta Sports” teleqram kanalı məlumat yayıb.

Bundan əvvəl Usman Dembele Çempionlar Liqasının ümumi mərhələsinin 8-ci turunda Almaniyanın “Ştutqart”ı ilə oyunda (4:1) het-trik edib.

PSJ Fransa çempionatının turnir cədvəlində birincidir. Komanda 20 görüşdə 50 xal toplayıb.

PSJ-nin tarixinə belə hücumçu olmamışdı

Aut.az