“Trabzonspor” onunla şərtləri razılaşdırdı, qaldı…
Türkiyə mətbuatı “Şaxtyor”un cinah oyunçusu Aleksandr Zubkovun “Trabzonspor”la şəxsi müqavilə şərtləri ilə bağlı rəsmi danışıqlar aparmaq icazəsi alması ilə bağlı məlumatı təsdiqləyib.
Aut.az xəbər verir ki, bu haqda Sport.ua məlumat yaymışdı.
Qeyd olunur ki, futbolçu artıq türklərlə ilkin müqavilə imzalayıb və qarşıdakı 4 il üçün potensial əməkdaşlığın maliyyə şərtlərini təsdiqləyib.
Lakin “Şaxtyor”la tam anlaşmanın olmaması “Trabzonspor”un transferi başa çatdırmasına mane olur. Xüsusilə, Ukrayna klubu 6,5 milyon avroluq transfer təzminatının tez bir zamanda ona ödənilməsində israr edir, “Trabzonspor” isə daha uzun ödəmə müddəti təklif edir.
Çox yaxın vaxtlarda bu məsələnin tərəflər tərəfindən həll olunacağı gözlənilir.
Aut.az
