Azərbaycanlı ikiqat olimpiya çempionu yenə prezident seçildi
Azərbaycanlı funksioner İlqar Məmmədov yenidən Rusiya Qılıncoynatma Federasiyasının (RFF) prezidenti seçilib.
Aut.az xəbər verir ki, bu gün qurumun hesabat-seçki konfransı baş tutub. 59 yaşlı Məmmədov seçkilərdə yeganə namizəd olub və 58 konfrans nümayəndəsinin hamısı ona səs verib.
Qeyd edək ki, Məmmədov 2021-ci ildən FFR-yə rəhbərlik edir. 2012-ci ildən o, həm də Rusiya qılıncoynatma komandasının baş məşqçisi vəzifəsində çalışıb. Məmmədov ikiqat Olimpiya çempionu (1988, 1996) və dünya çempionudur.
Aut.az
