Muslera əsəbiləşdi, ultimatum verdi: Təkrarlanarsa, burada olmayacağam
Avropa Liqasının ümumi mərhələsinin 7-ci turunun “Qalatasaray” – “Dinamo” matçından (3:3) sonra İstanbul təmsilçisinin azarkeşləri komandalarının qapıçısı, 38 yaşlı Fernando Musleranı fitə basıblar.
Aut.az xəbər verir ki, əsəbiləşən uruqvaylı qolkiper tez bir zamanda meydanı tərk edib və paltardəyişmə otağında klub rəhbərliyinə, komanda üzvlərinə belə rəftarın təkrarlanacağı təqdirdə “Qalatasaray”ı tərk etməyə hazır olduğunu bildirib.
“Mən buna layiq deyiləm. 14 ildir ki, mən həmişə burada əlimdən gələni etməyə çalışmışam və bu, daha 2-3 matçda təkrarlanarsa, burada olmayacağam”, – Muslera bildirib.
Muslera 2011-ci ilin yayından “Qalatasaray”da çıxış edir və komandanın kapitanıdır. Onun klubla müqaviləsi cari mövsümün sonunda başa çatır.
Aut.az
