Həyəcanlı imzadır: “Siti”nin direktoru özbəyin transferi haqda
“Mançester Siti”nin direktoru Çiki Beqiristayn müdafiəçi Abdukodir Xusanovun komandaya gəlişi ilə bağlı fikirlərini bölüşüb.
Aut.az xəbər verir ki, direktor bu barədə klubun saytına danışıb:
“Onun bizə qoşulmasından çox şadıq və hamımız onun nə gətirəcəyinə görə çox həyəcanlıyıq. Abdukodir gənc olsa da, artıq çox ağıllı, eyni zamanda güclü, aqressiv və son dərəcə sürətlidir.
Qvardiola ilə işləmək onu yalnız yaxşılaşdıracaq və o, təkmilləşməyə davam etməkdə qərarlıdır. Bu, həqiqətən də həyəcanlı bir imzadır, çünki biz Avropanın ən yaxşı komandalarından biri statusunu qorumaq üçün təkmilləşməyə davam edəcəyik. “Mançester Siti”də hər kəs Abdukodiri klubda salamlamaqdan məmnundur”.
Yanvarın 20-də “Mançester Siti” Fransanın “Lans” klubundan müdafiəçi Abdukodir Xusanovun transferini rəsmən açıqlayıb. Özbəkistan millisinin 20 yaşlı futbolçusu ilə 2029-cu ilin yayına kimi müqavilə imzalanıb. Xusanov İngiltərə Premyer Liqası tarixində ilk özbək olub.
Aut.az
