Digər

Tramp bir daha bəyan etdi: Transgender idmançıları…

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp inauqurasiyadan sonra transseksualların qadın yarışlarında iştirakının qarşısını almaq üçün hərəkətə keçəcəyini bildirib.

Aut.az xəbər verir ki, siyasətçi deyib: “Biz kişilərin qadın idmanında iştirakına icazə verməyəcəyik”.

Amerikada transgender hüquqları son illərdə siyasi aktual mövzuya çevrilib. Bütün səviyyələrdə respublikaçılar noyabrda keçirilən prezident seçkilərində bu mövzuda təbliğat aparıblar, xüsusən də transgender qadınların məktəb idmanlarında iştirakına diqqət yetiriblər. Seçki kampaniyası zamanı Tramp gender keçidlərinə və transgenderlərin idmanda iştirakına dəstəyi məhdudlaşdıracağına söz verib.

Aut.az