Digər

Cokoviç “X”də müraciət yaydı – Mask belə reaksiya verdi

“X” sosial şəbəkəsinin sahibi olan milyarder İlon Mask, serb tennisçi Novak Cokoviçin onun sosial şəbəkəsində fanatlara müraciətinə reaksiya verib.

Aut.az xəbər verir ki, İlon Mask yazıb: “İctimaiyyətlə birbaşa danışmaq çoxdan formalaşmış ənənəvi medianın mənfi filtrindən keçməkdən daha yaxşıdır”.

Qeyd edək ki, Cokoviç Avstraliyanın “Kanal 9” telekanalını boykot edərək kortda müsahibə verməkdən imtina etmişdi. Çünki həmin telekanalda işləyən jurnalist Novakın özü və pərəstişkarları haqqında yanlış açıqlamalar vermişdi.

Aut.az