Tarixi ənənə pozuldu: Məkanı dəyişdilər
“Mercedes” Formula 1 komandası öz ənənəsini pozmaq və Silverstounda yeni avtomobilin təqdimatını keçirməmək qərarına gəlib.
Aut.az xəbər verir ki, bu barədə “Motorsport” məlumat yayıb.
Mənbənin sözlərinə görə, bu il “gümüş oxlar” W16-nın necə görünəcəyini fevralın 25-də göstərəcək. Qeyd edək ki, ertəsi gün mövsümöncəsi sınaqlar orada başlayacaq və fevralın 28-də başa çatacaq.
Mövcud idman qaydaları komandalara “Təqdimat tədbirləri” zamanı 200 km məsafə qət etməyə icazə verir. Bu o deməkdir ki, alman komandasının sürücüləri Corc Rassel və Andrea Kimi Antonelli Sakhir trasında aralarında 36 dövrə ayıra bilərlər.
Əvvəllər “Mercedes” adətən yeni Formula 1 avtomobillərini Silverstounda nümayiş etdirirdi. Burada hər bir avtomobil çəkiliş günü başlamazdan əvvəl səhər tezdən təqdim olunurdu. Bu, 2021-ci ildə W12 istisna olmaqla, 2017-ci ildən bəri belədir.
Aut.az
