Azərbaycan futbolu

“Kəpəz” – “Turan Tovuz” matçının hakimlər briqadasında dəyişiklik olub

Azərbaycan Premyer Liqasının 19-cu turunda sabah keçiriləcək “Kəpəz” – “Turan Tovuz” oyununun hakimlər briqadasında dəyişiklik olub.

Aut.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Köməkçi hakim Kamran Bayramovun səhhətində problem yarandığı üçün onu Şirmamed Mamedov əvəz edəcək.