Klopp “Red Bull”u buna görə seçibmiş
“Liverpul”un keçmiş baş məşqçisi Yurgen Klopp “Red Bull”da futbol əməliyyatlarının qlobal rəhbəri olmaq qərarı haqda başlayıb.
Aut.az xəbər verir ki, alman mütəxəssis yeni vəzifəsinə yanvarın 1-dən başlayıb.
“Çünki bu, başqa roldur. Həmişə demişəm ki, etdiyim işi sevirəm. Minlərlə matçdan və mətbuat konfransından sonra yenidən başlamaq və yeni imkanlar əldə etmək istədim.
Yaşadığım mərhələ üçün mükəmməl addımdır. İndi mənim fantastik komandam var. Mario Qomes beynəlxalq komandanın bir hissəsidir. Hər kəs bu şirkətə həvəslidir. Bunu etdiyim üçün çox şadam”, – jurnalist Florian Plettenberq “X” sosial şəbəkəsində Kloppdan sitat gətirib.
Yurgen Klopp 2015-2024-cü illərdə “Liverpul”un baş məşqçisi olub. İngiltərə klubu ilə Çempionlar Liqası, Premyer Liqa və digər kubokları qazanıb.
Aut.az
