Həndbol

Avropa yığmalarına Rusiya ilə yoldaşlıq oyunları keçirmək də qadağan edildi

Beynəlxalq Həndbol Federasiyası (IHF) və Avropa Federasiyası (EHF) əvvəllər əldə edilmiş razılaşmalara baxmayaraq, Avropa komandalarına Rusiya ilə yoldaşlıq oyunu keçirməyi qadağan edib.

Aut.az xəbər verir ki, bu barədə Rusiya Həndbol Federasiyasının (FHR) saytında məlumat verilib.

“Qarşıdan gələn mövsümdə bir sıra Avropa komandaları ilə sparrinq oyunlarının keçirilməsi ilə bağlı razılıq əldə olundu, lakin son anda EHF və IHF tərəfindən qəbul edilmədiyinə görə rədd cavabı alındı. Belarus millisi ilə yoldaşlıq görüşlərinin keçirilməsi planlaşdırılır, həmçinin Çin millisi ilə də bir sıra görüşlərin keçirilməsinə dair razılaşma var”, – məlumatda deyilir.

2022-ci ilin martında IHF və EHF Ukraynada müharibə başlayandan sonra Rusiya və Belarus komandalarını beynəlxalq turnirlərdən kənarlaşdırıb.

Aut.az