Kapitan “Yuventus”la danışıqlar aparır: Bu kluba görə
“Yuventus”un kapitanı Danilo müqaviləsinin vaxtından əvvəl ləğvi ilə bağlı klubla danışıqlar aparır.
Aut.az xəbər verir ki, bu barədə insayder Nikolo Şkira məlumat verib.
Buna səbəb “Napoli”nin onu azad agent kimi heyətinə qatmağa hazır olmasıdır.”Neapol” təmsilçisi Danilo ilə 2026-cı ilin yayına qədər müqavilə imzalamaq niyyətindədir. O, illik 2,5 milyon avro maaş alacaq.
“Flamenqa”, “Əl-Nəsr”, “Marsel” və “Mançester Yunayted” də Danilo ilə maraqlansa da, o, “Napoli”ni seçib.
Braziliyalı 2019-cu ilin avqustunda “Mançester Siti”dən 37 milyon avroya “qoca Sinyora” keçib. Onun müqaviləsi mövsümün sonuna qədərdir.
Bu mövsüm Danilo Turin klubunda 16 matçda 1 məhsuldar ötürmə edib.
Aut.az
