Uşaq pornoqrafiyasının yayımı: “Real”ın futbolçusu günahsızdır?
“Real Madrid”in müdafiəçisi Raul Asensio artıq yetkinlik yaşına çatmayan uşaqla intim videonun çəkilişi və yayılması işində potensial təqsirləndirilən şəxs hesab edilmir.
Aut.az xəbər verir ki, bu barədə “Relevo” məlumat yayıb.
Mənbənin sözlərinə görə, hakim 21 yaşlı futbolçunu cinayətin şəriki hesab etmədiyi üçün onu şahid tutmaq qərarına gəlib. Bu, işdə böyük dəyişikliklər olmadığı təqdirdə onu mümkün cinayət ittihamlarından təmizləyir. Qeyd olunur ki, iş hələ də araşdırılır və məhkəmənin olub-olmayacağı ilə bağlı qərarın verilməsinə aylarla çəkə bilər.
Xatırladaq ki, 2023-cü ildə “Kastilya” klubunun bir futbolçusu və “Real Madrid” sisteminin üç futbolçusu azyaşlı qızın iştirak etdiyi intim videonu yaymaqda şübhəli bilinərək saxlanılıb. Oyunçular uşaq pornoqrafiyasını yazmaqda və yaymaqda günahlandırılır və onları 5 ilə qədər həbs gözləyir. Bu işdə Asensionun da əli ola biləcəyi güman edilirdi.
Aut.az
