Dünya futbolu

“Yuventus”un əfsanəsinə Səudiyyə klubunda vəzifə verildi

“Yuventus”un və Çexiya yığmasının sabiq futbolçusu Pavel Nedved Səudiyyə Ərəbistanının “Əş-Şəbab” klubunun idman direktoru vəzifəsinə təyin edilib.

Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti “X” sosial şəbəkə hesabında məlumat yayıb.

“Çexiyalı əfsanəvi Pavel Nedved idman direktoru təyin edilib”, – “Əl-Şabab”ın açıqlamasında bildirilib.

Futbolçu karyerasını başa vurduqdan sonra 52 yaşlı Pavel Nedved “Yuventus”da çalışıb və klub rəhbərliyinin fırıldaqları ilə bağlı araşdırmalara görə səkkiz ay futbol fəaliyyətindən uzaqlaşdırılıb.

“Əl-Şəbab” Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində altıncı yerdədir. Komanda 13 görüşdə 23 xal toplayıb.

Aut.az