Premyer Liqada daha bir istefa: Mourinyonu gətirirlər?
Şon Dayş artıq “Everton”un baş məşqçisi deyil.
Aut.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Şondan başqa onun köməkçiləri də klubu tərk edib. Baş məşqçinin vəzifələrini U-18 komandasının məşqçisi Leyton Beyns və komandanın kapitanı Şeymus Koulman icra edəcək. Şon Dayş 2023-cü ildən komandanın sükanı arxasında idi.
Bu mövsüm “Everton” İngiltərə çempionatında 20 turdan sonra 17 xalla 16-cı yerdədir.
Daha əvvəl portuqaliyalı mütəxəssis Joze Mourinyonun “Everton”a rəhbərlik edə biləcəyi bildirilirdi.
Aut.az
