Hasbik UFC ilə müqaviləni uzadacaq?
Hasbik kimi tanınan məşhur bloger Hasbulla Maqomedov UFC ilə əməkdaşlığından danışıb.
– Hər halda, siz artıq özünüzü UFC ilə bağlı bir oyunda görürsünüz…
– Mən özüm şoka düşdüm! Məni oyuna qatacaqlarını demədilər. Bilirdim ki, müqaviləyə görə məni əlavə etmək lazımdır. Amma mənə vaxt deməmişdilər.
– Siz orada ancaq İslamla (Maxaçev) görünürsünüz?
– Məncə, həm də Ömər (Nurməhəmmədov) ilə.
– UFC ilə müqavilə hələ də qüvvədədir?
– Məncə, daha 2-3 il. Uzatmaq? Hər şey yaxşı olarsa, görəcəyik.
Maqomedov UFC ilə 2022-ci ildə müqavilə imzalayıb.
Aut.az
