Benzema “Real”ın düşərgəsində: Görün necə qarşıladılar – VİDEO
Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda çıxış edən Kərim Benzema hazırda bu ölkədə olan sabiq komandası “Real”ın düşərgəsinə baş çəkib.
Aut.az xəbər verir ki, “Real”ın mətbuat xidməti əfsanənin necə qarşılandığına dair video yayımlayıb.
Fransız əvvəlcə baş məşqçi Karlo Ançelottini, sonra isə bütün futbolçuları qucaqlayaraq komandanı hərarətlə salamlayıb.
Kərim 2009-2023-cü illərdə “Real”da oynayıb, klub səviyyəsində bütün əsas kubokları qazanıb.
